21 Oktyabr 2021 11:01
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad küçələrində dolaşan isarilli din xadimi Yaakov İsrail Herzoqun fotoşəkillərindən ibarət video klip yayımlanıb.

Teleqraf.com xəbər verir ki, iki ölkə arasında rəsmi normallaşma sazişi olmasa da, münasibətlər gündən-günə yaxşılaşır.

Bu video-klipdə israilli Herzoq naməlum adamlarla avtomobildə görünür. Klipdəki ağ paltarlı şəxsin səudiyyəli bir iş adamı olduğu bildirilir.

Klipdə ravvin Herzoq deyir: "Sizə salam olsun. Səudiyyə Ərəbistanı Krallığına, Səudilərə, Kral Salmana, Şahzadə Məhəmməd bin Salmana və hər kəsə xeyir-dua verirəm. Krallıqda olmaqdan xoşbəxtəm "

Sosial şəbəkələrdə Herzoqun İsrail pasportu ilə Səudiyyə Ərəbistanı Krallığının ərazisinə daxil olduğu iddia edilir.


Müəllif: Yeganə Oqtayqızı