26 Oktyabr 2021 11:32
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri gələn ilin əvvəllərindən etibarən İran nüvə obyektlərini vurmağa yönəlik təlimlərə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times Of Israel” qəzeti yazıb.

Qəzet iddia edir ki, İsrail ordusu son aylarda İranın nüvə təssisatlarına qarşı hərbi təhdid yaratmağa yönəlik hazırlıqlarını sürətləndirib.

Tehran hökuməti ilə 2015-ci ildə imzalanan nüvə razılaşmasından sonra İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi hücum mövzusunun ikinci plana keçdiyini iddia edən qəzet ABŞ-ın 2018-ci ildə razılaşmadan çıxmasının ardınca hərbi hücum seçimi Təl-Əviv üçün yenidən əhəmiyyətli mövzuya çevrilib.

Qeyd olunub ki, İsrailin İranın nüvə obyektlərinə qarşı hücum planlarının bəziləri layihə formatındadır və qısa müddət ərzində hazır ola bilər.

Məlumatda Tehranın nüvə obyektlərini hədəf alan hücuma hazırlığının İsrail Hərbi Hava Qüvvələri üçün əsas prioritetə çevrildiyi və təlimlərin gələn ildən başlanacağı da iddia edilib.

Xəbərdə yeraltı nüvə obyektlərinə zərbələr endirmək üçün xüsusi döyüş sursatı və taktikalara ehtiyac olduğuna diqqət çəkilib, mümkün hücumda Hərbi Hava Qüvvələrinin İranın hava hücumundan müdafiə sistemləri ilə mübarizə aparmalı olduğu bildirilib.

Oktyabrın 18-də İsrailin “Kanal 12” televiziyasında yayımlanan xəbərdə Təl-Əviv rəhbərliyinin İranın nüvə obyektlərinə hücum imkanlarını artırmaq üçün 5 milyard yeni İsrail pulu (təxminən 1,53 milyard dollar) ayırdığı iddia edilib.


Müəllif: Nemət