2 Noyabr 2021 10:22
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya hökuməti Şimali Koreyanı Roma Papası Fransiskin bu ölkəyə səfər təklifini qəbul etməyə çağırıb və bununla bölgədə sülhü gücləndirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətinin sözçüsü Li Çon Çju açıqlama verib.

“Roma Papasının Şimali Koreyaya səfər etmək istəyi bir daha təsdiqləndiyinə görə, ümid edirik ki, Şimal buna cavab verəcək və Koreya yarımadasında sülhün bərqərar olmasına imkan verəcək”, - Çju deyib.

Cənubi Koreya lideri Mun Çje In 2018-ci ilin oktyabrında Vatikana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inın Roma Papası Fransiskə Pxenyana səfər etmək dəvətini çatdırıb. Bundan sonra Vatikanın xarici işlər naziri kardinal Pyetro Parolin bəyan edib ki, Papa Şimali Koreyaya səfər etməyə hazırdır. Amma Vaşinqton və Pxenyan arasında nüvə danışıqlarında dalana dirəndiyi üçün səfər baş tutmayıb.

Ötən həftə Roma papası Vatikanda Apostol Sarayında Cənubi Koreya Prezidenti Mun Çje Inla görüşüb. Görüşdə müzakirə edilən əsas mövzular arasında Koreya yarımadasında gərginliyin azaldılması və Papanın Şimali Koreyaya mümkün səfəri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər