Rəsmi məlumatlara görə, bu ilin sentyabr ayında Ermənistanın paytaxtında mənzillərin alqı-satqısı üzrə 1051 əqd bağlanıb. Avqust ayı ilə müqayisədə bu göstərici 6,5%, ötən ilin sentyabrında isə 2,1% artıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, ekspertlər bunun bir səbəbinin genişmiqyaslı mühacirət olduğuna əmindir.
Amma qəribəsi odur ki, bazardakı bu dramatik dəyişikliklər “rəsmi” qiymətlərin dinamikasına təsir etməyib.
Hesabatda qeyd olunur ki, sentyabrda Ermənistanda xarici vətəndaşlar 138 mənzil satıb, 91 mənzil alıb. Ölkədə mənzillərin alqı-satqısı üzrə əməliyyatların ümumi sayında əcnəbilərin payı demək olar ki, 15%-ə çatıb.
Əcnəbilərlə bağlı bir detal maraq doğurur - onların satdığı mənzillərin sayı alınan mənzillərin sayından nəzərəçarpacaq dərəcədə çoxdur.