3 Noyabr 2021 14:39
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Moldovada qaz tədarükündən siyasi silah kimi istifadə edir və Avropa İttifaqına münasibətdə etibarsız qaz təchizatçısı kimi çıxış edir”.

Teleqraf.com xəbər verir ki, bunu Brüsseldə yerləşən Mərkəzi Avropa Enerji Tərəfdaşları İttifaqının (CEEP) direktoru Jakub Qroskovski bildirib.

Avropa Birliyinin (AB) qurumlarının böhrana səbəb olan struktur problemlərlə məşğul olması lazım olduğunu ifadə edən Qroskovski deyib ki, enerji qiymətlərindəki artım yeni növ koronavirusdan sonrakı iqtisadi artım və əvvəlki aylardakı hava şəraiti ilə əlaqələndirilə bilər.

Aİ ölkələrinin enerji böhranının bəzi nəticələrini yumşaltmaq üçün müxtəlif alətlərə malik olduğunu xatırladan Qroşkovski oxşar vəziyyətin yaxın gələcəkdə təkrarlanma riskini azaltmaq üçün Aİ səviyyəsində tədbirlərin görüləcəyinə əmin olduğunu ifadə edib.

Mərkəzi Avropadakı AB ölkələrinin eyni elektrik və qaz bazarının bir parçası olduğuna diqqət çəkən Qroszkovski bildirib ki, bəzi ölkələrdə enerji qiymətlərinin artması kömürdən çıxma ilə əlaqədardır: “Artan qaz qiymətləri bəzi ölkələrdə heç olmazsa müvəqqəti olaraq kömürə qayıdışa səbəb olub”.

Avropadakı ev təsərrüfatlarının əhəmiyyətli dərəcədə daha yüksək enerji xərcləri ilə üzləşdiyini izah edən Qroszkovski qitədə istilik xərcləri və hesabların gündən-günə artdığını bildirib.

Rusiya və Aİ-nin enerji ticarətində vəziyyətinə gəlincə, CEEP direktoru söyləyib ki, Rusiya Moldovada qaz təchizatından siyasi silah kimi istifadə edir və Aİ-yə etibarsız qaz təchizatçısı kimi çıxış edir.

Qazpromun Avstriya və Almaniyadakı qaz anbarlarını doldurmağa başlaması qərarının Rusiya prezidenti Vladimir Putin tərəfindən açıqlandığını xatırladan Qroskovski deyib ki, Kreml siyasi oyun oynadığını gizlətmir: “Burada məqsəd “Şimal axını 2”ni aktivləşdirməkdir.


Müəllif: Nemət