3 Noyabr 2021 18:14
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentindəki “Hayastan” blokunun deputatı Aruş Aruşanyan mandatından imtina etmək barədə qərar qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Aruşanyanın özü açıqlama verib.

Onun sözlərinə görə, doğulduğu Gorusda yaşayıb-yaratmaq, bütün potensialını onun çiçəklənməsinə sərf etmək üçün belə bir qərar qəbul edib.

Aruşanyan, həmçinin Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun rəhbəri Robert Köçəryanı dəstəkləməkdə davam edəcəyini bildirib.

Oktyabrın 17-də Gorusun meri seçilən Aruş Aruşanyan hazırda həbsdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər