4 Noyabr 2021 23:58
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerin cənub-qərbində yerləşən Banibanqa kommunasına silahlı şəxslərin hücumu nəticəsində 60-a yaxın insan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Agence France-Presse” mənbəyə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum cümə axşamı Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina Faso ilə dövlət sərhədi olan ərazidə baş verib. Bölgədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli çoxsaylı qrupları fəaliyyət göstərir.

“Ümumilikdə 60-a yaxın insan həlak olub, 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçıb”, - mənbə bildirib.

Niger terror fəaliyyətləri və qeyri-qanuni miqrasiya səbəbindən qitənin ən problemli bölgələrindən biri olan Afrikanın Sahel bölgəsində yerləşir. 2014-cü ildə Fransa bölgədə "Barhan" antiterror əməliyyatına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər