6 Noyabr 2021 23:06
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti Əfqanıstanın hazırkı rəhbərliyi ilə münasibətləri dəyişməyi və vəziyyəti yerində öyrənmək üçün yaxın günlərdə diplomat Markus Potseli həmin ölkəyə göndərməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Potsel alman diplomatların Əfqanıstana hələlik müvəqqəti şərtlərlə necə qayıda biləcəyini aydınlaşdıracaq. Bununla yanaşı, AFR-in Baş prokurorluğu Taliban hərəkatı ilə əlaqələrin hüquqi cəhətlərini yoxlayır. Belə ki Taliban Almaniyada terror qruplaşması kimi qəbul olunur.

Nəşr hesab edir ki, bu addımlar Almaniyanın Əfqanıstan hakimiyyəti ilə ünsiyyətini asanlaşdıracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər