14 Noyabr 2014 16:37
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət qüvvələrinin Filippində “Əl-Qaidə” terror qruplaşmasının qolu sayılan “Əbu Səyyaf”a qarşı hücumları başlayıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hücumlar nəticəsində yerli qüvvələrdən 5 nəfər ölüb, 26 əsgər isə xəsarət alıb.

Sinxua agentliyinin yaydığı məlumata görə, atışma hərbçilərlə yaraqlılar arasında ölkənin cənubunda - Sulu əyalətinin Talipao şəhərində baş verib. Rəsmilər əməliyyatlarda 4 döyüşçünün öldürüldüyünü açıqlayıblar.

Bölgədə hökumət qüvvələri terrorçulara qarşı əməliyyatlarını davam etdirir.

Samir


Müəllif:

Oxşar xəbərlər