Belarus və Rusiya hərbçilərinin keçirdiyi müştərək hava təlimləri zamanı iki rus əsgəri ölüb.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi əsgərlərin ölümünə səbəb kimi paraşütlərin küləyə ilişməsini göstərib.
Məlumata görə, paraşütçü külək səbəbindən yerdə düşməyə başlayıb. Digər rus əsgəri ehtiyat paraşütünü ona çatdırmağa çalışıb, amma buna müəssər olmayıb. Nəticədə hər iki hərbçi yerə düşərək ölüb.
Qeyd edək ki, Belarus və Rusiyanın hava təlimləri Polşa sərhədinə yaxın olan Qrodno bölgəsində keçirilir.