15 Noyabr 2021 10:59
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Xarici işlər naziri Zbiqnev Rau ilə telefonda danışan ABŞ Dövlət katibi Entoni Blinken Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə rəsmi Minsk və Moskvanı ittiham edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Rau arasındakı telefon danışığı ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Blinken ABŞ-ın Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə açıq şəkildə Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiyanı günahlandırdığını bildirib.

“Lukaşenko rejiminin davranışları regionda təhlükəsizliyi təhdid edir və parçalanmanı gücləndirirsə, Rusiya bundan istifadə edərək diqqəti Ukrayna sərhədlərində atdığı addımlardan yayındırmağa çalışır”, - açıqlamada qeyd olunub.

Blinken həmçinin Belarusun qaçqınlardan öz maraqları üçün istifadə etdiyini əsas gətirərək, bu ölkəyə və Rusiyaya qarşı sanksiyaların arta biləcəyi barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər