22 Noyabr 2021 08:05
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində avtomoilin naməlum şəxs tərəfindən Milad paradının iştirakçıları üzərinə sürülməsi nəticəsində azı bir nəfər ölüb, 20-dən artıq insan xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisədən sonra atəş səsləri eşidilib. Şahidlərin sözlərinə görə, avtomobildəki şəxslər parad iştirakçılarına atəş açıb.

Şəhərin polis departamentinin rəhbəri Den Tompson bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, daha iki nəfərin axtarışları davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər