ABŞ Müdafiə Nazirliyi havada naməlum obyektləri aşkar etmək üçün xüsusi qrupun yaradılması barədə göstəriş verib. Bu qrup ABŞ Hərbi Dəniz Qüvvələrinin Naməlum Hava Hadisələri üzrə İşçi Qrupunun davamçısı olacaq.
Teleqraf.com xəbər verir ki, Pentaqonun bəyanatına görə, yeni işçi qrupu Havadan Obyektlərin Müəyyənləşdirilməsi və İdarə Edilməsi Sinxronizasiya Qrupu (AOIMSG) adlandırılıb.
AOIMSG ABŞ hökumətinin “Xüsusi İstifadə Hava Sahəsində (SUA) maraqlı obyektləri aşkar etmək, müəyyən etmək və əlaqələndirmək səylərini əlaqələndirəcək. Yeni qurum obyektlərin uçuş təhlükəsizliyi və milli təhlükəsizliyə təhdidlərini qiymətləndirəcək. İşçi qrup kəşfiyyat cəmiyyətinin üzvlərindən, Müdafiə Nazirliyinin ekspertlərindən və digər dövlət qurumlarının ekspertlərindən ibarət olacaq.
AOIMSG-yə rəhbərlik, yeni bölmənin təşkilati strukturu və resurslarını təfərrüatlı gələn həftə ictimaiyyətə təqdim edəcək.
Bu qurum da Uçan Naməlum Obyektlərlə (UNO) mübarizəyə başlayacaq.