“İranın nüvə proqramına qarşı hərbi hücuma hazırlıq işləri görürük”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz deyib.
Onun sözlərinə görə, İsrailin İranın nüvə proqramına qarşı dəyişməz və möhkəm mövqeyi bu yöndə gedən proseslərə müsbət təsirini göstərir.
İsrail müdafiə naziri İsrailin bütün ehtimallara hazır olduğunu da diqqətə çatdırıb:
“İranın nüvə proqramına qarşı hərbi hücuma hazırlıq işləri görürük. Eyni zamanda, İranın nüvə mərkəzlərinə qarşı hücum üçün öz hərbi gücümüzü artırmağa çalışırıq”.
Qantz əsas məqsədin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq olduğunu və buna da nail olacaqlarını söyləyib.
Nazir İranın regional siyasətinin dağıdıcı olduğunu vurğulayıb.