Myanmanın devrilmiş lideri haqqında həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Nobel sülh mükafatının sahibi, ölkəsində inqilabi hərəkata rəhbərlik etmiş Aunq San Suu Kyi məhkəməyə çıxarılaraq 4 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Myanmada baş verən hərbi çevriliş zamanı xanım Suu Kyi başda olmaqla hökumət üzvləri həbs edilmişdi. Hərbçilər mülki hökuməti seçki saxtakarlığında ittiham edirdi.
Sonradan ölkə prokurorluğu Aunq San Suu Kyiyə korrupsiya ittihamı ilə cinayət işi açmışdı. Siyasətçi sonuncu məhkəmə prosesi zamanı bu iddiaların hamısını rədd edib.