Rusiya Polşanın rus diplomatları deportasiya etməsinə qarşılıq olaraq, Moskvada işləyən polşalı diplomatları ölkədən xaric edib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama yayılıb.
Yayılan məlumatda vəzifələrini düzgün yerinə yetirməyən bir neçə polşalı diplomatın deportasiya edildiyi bildirilir. Nazirlik bunu ekvivalent addım kimi qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyi isə bununla bağlı hər hansı bir məlumat verməyib.
Qeyd edək ki, Polşa vəzifə fəaliyyətlərindən kənar işlərlə məşğul olduğu üçün rus iş adamlarını ölkədən xaric edib.
Samir