7 Dekabr 2021 19:13
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv ölkələrin Baş Qərargah rəisləri təhlükəsizlik problemlərini müzakirə etmək üçün təcili virtual iclas keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat alyansın saytında dərc edilib.

Bildirilib ki, toplantıda Ukraynanın sərhədyanı bölgəsindəki vəziyyət də gündəmdə olub.

Qeyd edək ki, iclasda müttəfiq ölkələrin 30 Baş Qərargah rəisi iştirak edib.


Müəllif: Teleqraf.com