Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirus məhdudiyyətlərini pozmaqda günahlandırılır.
Teleqraf.com xəbər verir ki, onun ötən il Britaniyada hökumətin tətbiq etdiyi sərt koronavirus tədbirlərinə əməl etmədiyi aşkarlanıb.
Belə ki, yayımlanan fotoda onun ötən il karantin qaydalarını pozaraq iki həmkarı ilə nazirlik iqamətgahında Milad viktorinası keçirdiyi aşkarlanıb.
Baş nazirlikdən verilən açıqlamada Consonun qısa müddət ərzində işçilərinə təşəkkür etmək üçün əyləncə məqsədilə təşkil edilən yarışmaya qatıldığı bildirilib.
Hökumət keçən il Milad bayramında biri Baş nazirin iqamətgahında olmaqla üç bayram görüşməsi təşkil edildiyini əsas gətirərək araşdırma başladıb.