14 Dekabr 2021 16:19
3 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il iyunun 20-də Verxoyansk şəhərində (Yakutiya) 38 dərəcə temperatur qeydə alınıb, bu, Arktikada yeni temperatur rekordudur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının məlumatında bildirilib.

Açıqlamada normal olaraq Aralıq dənizi bölgələrində görülə bilən bu temperaturun Sibirdə fövqəladə və uzun müddət davam edən istilik dalğası zamanı meteoroloji müşahidə stansiyasında ölçüldüyü bildirilib. Vurğulanıb ki, 2020-ci ilin yayının böyük hissəsində Sibirdə havanın temperaturu 10 dərəcə və daha yüksək ölçüdə olub və bu, meşə yanğınlarına səbəb olub.

ÜMT-in baş katibi Petteri Taalas bunun iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çaldığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər