16 Dekabr 2021 22:12
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada populist çıxışları və aqressiv siyasi üslubu ilə tanınan 75 yaşlı siyasətçi Vladimir Jirinovski peyvənd olunmayanlara müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, hamını tez bir zamanda peyvənd vurdurmağa çağırıb.

“Koronavirus dünyanı dolaşmaqda davam edir. Təkcə ölkəmizdə yarım milyona yaxın insan öldü. Bunu təsəvvür edin. Tula, Kalininqrad və ya Ryazan kimi şəhərlər bir anda yox oldu. Amma Rusiya əhalisinin yarısı hələ də peyvənd olunmayıb. Bu acınacaqlı vəziyyətdir. Bu o deməkdir ki, pandemiya davam edəcək, insanlar yoluxmağa və xəstələnməyə davam edəcək və ölənlərin sayı təəssüf ki, artmağa davam edəcək”, - Jirinovski bildirib.

75 yaşlı siyasətçi indiyədək 7 dəfə koronavirus peyvəndi vurdurduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər