Ən yaşlı Sovet İttifaqı qəhrəmanı Vasili Miçurin 106 yaşında Belarusda vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Belarus Müdafiə Nazirliyi Sovet İttifaqı Qəhrəmanı, ehtiyatda olan polkovnik Vasili Sergeyeviç Miçurinin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verir. Vasili Sergeyeviç 106 yaşında vəfat edib”, - məlumatda deyilib.
Miçurin Sovet-Fin və İkinci Dünya müharibələrinin iştirakçısı olub.
Miçurinə Sovet İttifaqı qəhrəmanı adı 1940-cı il fevralın əvvəlində Kareliya döyüşlərində göstərdiyi şücaətə görə verildi. O, Minsk və Mogilyovun müdafiəsində, Köniqsberq və Berlin uğrunda döyüşlərdə iştirak edib.