Hüquq-mühafizə orqanları “ROSRESSTR”in Sankt-Peterburq departamentinin keçmiş rəis müavini Boris Avakyanı saxlayıb.
Teleqraf.com xəbər verir ki, Avakyan Sankt-Peterburqun Petroqradskaya istiqamətindəki restoranlardan birində həbs edilib.
İstintaqın məlumatına görə, keçmiş məmur cinayətkar qrup təşkil edərək ucuz tikinti materialları adı altında Rusiya ərazisinə texnika idxal edib. Cinayətkar qrupun fəaliyyəti ölkəyə təxminən 1 milyon rubl ziyan verib. İlk dəfə həbs edildikdən sonra Boris Avakyan ev dustaqlığına buraxılıb və az sonra Fransaya qaçıb. Bir müddət sonra o, Ermənistana köçüb və burada yüksək dövlət vəzifələrində çalışıb.
Həmçinin bildirilir ki, bu dəfənki həbs zamanı Boris Avakyan FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin qaçaqmalçılıq şöbəsinin keçmiş rəisi İqor Oleynikovun restoranında olub.