İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl edəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndəsi bildirib.
“İranın nüvə sazişinə qayıtması ABŞ-ın sanksiyalarını ləğv etməyin yeganə yoludur", - nümayəndə qeyd edib.
Xatırladaq ki, İranın nüvə sazişi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üzrə danışıqların 7-ci raundu noyabrın 29-da Vyanada başlayıb.