London meri Sadiq Xan COVID-19-un "omikron" ştammı ilə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Teleqraf.com xəbər verir ki, şəhər meri ekspertlərlə məsləhətləşdikdən sonra fövqəladə vəziyyət elan etmək qərarına gəldiyini açıqlayıb.
Merin sözlərinə görə, son günlər Londonda koronavirusa yoluxmuşlar arasında xəstəxanaya yerləşdirilənlərin sayında artım var.
Rəsmi məlumatlara görə, ötən həftə paytaxtda xəstəxanalara müraciətlər əvvəlki yeddi günlük müddətə nisbətən 28% artıb.