21 Dekabr 2021 10:43
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik kilsəsinin lideri Papa Fransisk İtaliyanın “Canale 5” televiziyasına müsahibəsində qadınlara qarşı zorakılığı “şeytani əməl” adlandırıb.

Teleqraf.com xəbər verir ki, papa ailədaxili şiddətə məruz qalan qadınların sayının həddən artıq çox olduğunu deyib.

“Məncə, bu, demək olar, şeytani problemdir. Çünki bu, özünü müdafiə edə bilməyən, ancaq özünü zərbələrdən qorumağa çalışan insanın zəifliyindən istifadə etməkdir”, - Fransisk qeyd edib.

Papa uşaqlara qarşı zorakılığın da alçaldıcı olduğunu söyləyib: “Bir ata və ya ana uşağın üzünə şillə vurması alçaldıcıdır. Bunu həmişə deyirəm, heç vaxt üzünə şillə vurmayın. Çünki insanın üzü onun ləyaqətidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər