Tümen-İrəvan reysini yerinə yetirən təyyarənin havaya qalxması zamanı mühərrikində partlayış baş verib.
Teleqraf.com 72.ru portalına istinadən bildirir ki, təyyarə yerli vaxtla saat 07:20-də havaya qalxmalı idi.
Uçuş zamanı mühərrik partlayıb və bu səbəbdən də uçuş ləğv olunub. Sərnişinlərin yarısı evə qaytarılıb. Əvəzində axşam saatlarına yeni reys vəd edilib..
Mühərrikdə tam olaraq nə baş verdiyi hələ də bəlli deyil. Mühərrikdə dalğalanma baş verməsi ehtimal olunur. Tümen şəhərinin Roşçino hava limanının mətbuat xidməti də öz növbəsində bildirib ki, uçuş texniki səbəblərə görə yubanıb, təyyarə saat 17:00-da havaya qalxmalı idi. 72.ru portalı uçuşu həyata keçirən “Utair"ə sorğu göndərib və cavab gözlənilir.