30 Dekabr 2021 11:33
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Avropanın “Şimal axını-2” boru kəməri ilə təbii qazın tranzitinə icazə verəcəyi təqdirdə qiymətlərin düşəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Putin Avropa icazə verən kimi bu xətlə qaz nəqlinə başlayacaqlarını açıqlayıb.

“İndi hər şey bizim Avropadakı tərəfdaşlarımızdan, istehlakçılardan, Almaniyadan asılıdır. Onlar xətti işə salmaq qərarına gələn kimi Avropa böyük həcmdə əlavə Rusiya qazı almağa başlayacaq. Xatırladıram ki, onun ildə 55 milyard kubmetr qaz nəql etmək gücü var”, - Rusiya lideri qeyd edib.

Putin həmçinin vurğulayıb ki, xəttin istifadəyə verilməsi ilə Avropa və Ukraynada qazın qiyməti aşağı düşəcək:

“Təbii ki, bu, bazarda qiymətə dərhal təsir edəcək və Rusiya qazını istehlak edən ölkələr bunu dərhal hiss edəcəklər. Əslində bunun Ukrayna üçün də qiymətləri aşağı salacaq təsiri olacaq. Çünki Ukrayna əhəmiyyətli həcmdə Rusiya qazını Avropa bazarı qiymətləri ilə çox yüksək qiymətə alır. Ukrayna siyasi səbəblərə görə birbaşa Rusiya qazını almaqdan imtina edir və qazı yüksək qiymətə, 1000 dollar və ya daha çox qiymətə almağa məcburdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər