30 Dekabr 2021 15:05
2 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın mərhum prezidenti Səddam Hüseynin vəkili Büşra Xəlil xüsusi tribunalın məhkəməsi zamanı ABŞ-ın güclü təzyiqindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, məhkəmə prosesinin təfərrüatlarını “RİA Novosti”yə açıqlayıb.

Büşra Xəlil bildirib ki, həmin günlərdə qorxu içində yaşayıb, həyatından narahat olub. Çünki o vaxt bir neçə vəkil Səddam Hüseynin məhkəmə işinə görə öldürülüb, sonuncusu Xamis Übeydi olub.

“Bir neçə dəfə hakim məni zaldan çıxardı. Sonuncu dəfə bir amerikalı mənə yaxınlaşıb qayıtmaq istəyib-istəmədiyimi soruşdu və 6-dan 11-ə kimi danışıq apardıq. Sonda yenidən məhkəməyə qayıtmaq istəyib-istəmədiyimi soruşdu. Sonra dedi ki, mən də dostlarım kimi susmalıyam, bu da o deməkdir ki, onlar məhkəmənin keçirilməməsi üçün hər şeyi edirdilər”, - Büşra Xəlil bildirib.

İraqın keçmiş lideri Səddam Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər