“Vaşinqton Post” qəzeti ABŞ prezidenti Co Baydenin 2021-ci ildə etdiyi 10 ən böyük siyasi səhvdən yazıb.
Teleqraf.com xəbər verir ki, yazının müəllifi 2007-2009-cu illər arasında Ağ Evdə prezidentlərin çıxışlarını tərtib edən komandada təmsil olunmuş “Vaşinqton Post” yazarı Mark Aleksandr Tissendir.
Müəllifə görə, Baydenin 10 böyük səhvi bunlardır:
1. Əfqanıstandan çıxmağın utanverici forması.
2. Ən əhəmiyyətli vədlərdən biri olan cəmiyyətdəki qütbləşməyə son qoymaq vədinə yaxınlaşmaması.
3. 1,9 trilyon dollarlıq sosial xərclər paketi ilə inflyasiya və işçi çatışmazlığının üzə çıxarılması.
4. ABŞ-ın cənub sərhəddindəki mühacir problemini həll etmək deyil, böhrana çevirmək.
5. Rusiyanın Ukraynaya təcavüzü qarşısında acizlik göstərməsi.
6. Rusiyadan Almaniyaya uzanan “Şimal axını 2” təbii qaz boru xəttinə yaşıl işıq yandırması.
7. Karbohidrogen yanacaqlara qarşı müharibə yolu ilə yerli istehsalın azaldılması və benzin qiymətlərinin artırılmasına kömək etməsi.
8. Pandemiya şəraitində məşğulluq böhranına baxmayaraq peyvəndin məcburi edilməsi.
9. Təhsil problemlərini tənqid edən valideynlərin məktəb toplantılarına qatılmasını Federal Tətqiqatlar Birosu (FTB) vasitəsilə qadağa qoyması.
10. Hökumətin cinayət hadisələrnii azaltmaq məqsədilə yerli hakimiyyət orqanlarına kömək edən "Əfsanə əməliyyatı"nı ləğv etməsi.