1 Yanvar 2022 12:46
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In ilin sonunda partiyanın plenumunda yekun çıxışı zamanı ölkənin daxili problemlərinə toxunub və 2022-ci ildə “böyük ölümcül döyüş” adlanan savaşda qalib gəlməyin zəruriliyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat yayıb.

Ölkə lideri deyib ki, 2022-ci il döyüşü böyük ölümcül döyüşdür, bu mübarizəni qətiyyətlə aparmaq və sosializmin hərtərəfli inkişafı, böyük Şimali Koreya xalqı və gələcək nəsillər naminə zərrə qədər ləngimədən qalib gəlmək lazımdır.

Kim Çen In partiyanın və Şimali Koreya xalqının bu il ən böyük qələbəsini əldə edəcəyinə əminliyini bildirib.

Son iki ildə Kim Çen In canlı yayımda xalqa Yeni il mesajları vermir, partiyanın əsas toplantılarında etdiyi çıxışın mətninin dövlət televiziyası və rəsmi agentlik vasitəsilə yayımlanmasına üstünlük verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər