İranın bir neçə gün əvvəl kosmosa buraxdığı peykdaşıyıcı raket orbitə çata bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni açıqlama verib.
Onun sözlərinə görə, kosmosa buraxılan “Simurq” adlı peykdaşıyıcı raketi üç tədqiqat yükünü Yerin orbitinə yerləşdirmək üçün lazımi sürətə çata bilməyib.
“Raket müvafiq missiyanı yerinə yetirmək üşün sürəti saniyədə 7600 metrə çatmalıydı, amma yalnız saniyədə 7350 metrə çata bildi. Bununla da əməliyyat uğursuz alındı”, - MN-ın sözçüsü deyib.