4 Yanvar 2022 08:25
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada koronavirusun yeni ştamı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, yeni ştam Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb.

Mütəxəssislər virusun bu ştamının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.

Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Fransanın cənubunda yeni mutasiyanın aşkar edilməsi ilə bağlı məlumat bazar ertəsi axşam da ən böyük almandilli mediada yayılıb.

Qeyd edək ki, alimlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tanınmış mütəxəssisləri koronavirusun yeni mutasiyalarının aşkarlanacağı barədə xəbərdarlıq edirdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər