8 Yanvar 2022 17:56
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya arasında bir sıra məsələlərlə bağlı fikir ayrılığı və gərginlik olsa da, hər iki ölkə İranın nüvə proqramı ilə əlaqədar bir-biri ilə əməkdaşlıq edir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibi bildirib ki, Rusiya və ABŞ bundan əvvəl də ağır gərginliklər yarandığı vaxtlarda bir-biri ilə əməkdaşlıq ediblər:

“İndi də İranın 2015-ci ildə imzalanmış nüvə müqaviləsinə qayıtması və bu çərçivədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün bir-birimizlə əməkdaşlıq edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər