Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Cəhənnəm qapısı” adlandırılan Darvaza qaz kraterində 51 ildir davam edən yanğının söndürülməsi üçün göstəriş verib.
Teleqraf.com xəbər verir ki, SSRİ dövründə geoloqların işi zamanı təsadüfən əmələ gələn krater 1971-ci ildən yanır.
“Cəhənnəm qapısı” adlandırılan ölkəyə gələn krater turistlərin də diqqətini çəkir. Amma Türkmənistan hökumətinə görə, bu, həm də illərdir yeraltı sərvətlərin israf edilməsi deməkdir.
Prezident Qurbanquli Berdiməhəmmədov Nazirlər Kabinetinin iclasındakı çıxışında Darvaza bölgəsində uzun illərdir böyük həcmdə qazın yandığını və bunun həm ekologiyaya, həm də bu regionda yaşayan insanların sağlamlığına mənfi təsir göstərdiyini bildirib.
Berdiməhəmmədov ölkəyə iri həcmdə gəlir gətirə biləcək resursların boşa getdiyini bildirərək, hökumətə elm adamlarını toplamaq və lazım gələrsə, xarici mütəxəssislərin dəstəyi ilə yanğını söndürmək üçün yollar axtarmağı tapşırıb.