“NATO dünya üçün ən böyük təhlükə olan islamçı fundamentalizmlə mübarizəyə istiqamətlənməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın radikal sağçı Milli Cəbhə partiyasının lideri və prezidentliyinə namizəd Marine Le Pen deyib.
Müsəlmanlara qarşı faşist münasibəti ilə tanınan siyasətçi bu dəfə də İslam dinini hədəfə alıb.
Müsəlmanlara qarşı radikal ittihamlarından bir qədər də irəli gedən fransız siyasətçi İslamı “dünya üçün ən böyük təhlükə” adlandırıb:
“Düşünürəm ki, NATO ilk növbədə islamçı fundamentalizmə qarşı mübarizəyə istiqamətlənməlidir. Niyə? Çünki bu gün dünya üçün ən böyük təhlükədir”.
Fransada prezident seçkiləri apreldə keçiriləcək. 30-a yaxın namizəd seçkilərdə iştirakını açıqlayıb.