12 Yanvar 2022 22:43
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Boris Conson 2020-ci ilin may ayında karantin rejimi qaydalarını pozaraq Davinq Stritdə keçirilən ziyafətə qatıldığını etiraf edərək, xalqdan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, İcmalar Palatasındakı sual-cavabda iştirak edən Conson COVID-19 qaydalarının pozulduğu partiyə qatıldığını açıqlayıb.

Partidə 25 dəqiqə qaldığını deyən Conson bu addımı işinin tərkib hissəsi kimi atdığını bildirib.

Müxalifətdəki Leyboristlər Partiyasının lideri Keir Starmer, “Consonun iştirak etdiyi tədbirin parti olduğunu anlamaması absurddur” deyərək onu istefaya çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər