13 Yanvar 2022 09:40
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Xarici İşlər Nazirliyi qarşıdakı üç il ərzində həyata keçiriləcək strateji planını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, 39 bənddən ibarət yeni fəaliyyət planının böyük bir hissəsi Türkiyəyə həsr olunub.

Bu plana görə, 2022-2025-ci illər arasında ümumilikdə 39 hədəf müəyyən edilib. Planın tezliklə Yunanıstan Xarici işlər naziri Nikos Dendias tərəfindən açıqlanması gözlənilir.

Yunanıstanın “To Vima” qəzetində nəşr olunan planda bəzi detallar belədir:

Türkiyə ilə Egey və Şərqi Aralıq dənizində beynəlxalq hüquq əsasında dəniz sərhədlərinin müəyyən edilməsi üçün rabitə kanallarının açıq saxlanılması.

- Türkiyənin “Kazus Belli” qərarından əl çəkməsi üçün çalışmaq.

- Türkiyənin Liviya ilə dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı imzaladığı anlaşma memorandumunun ləğvini təmin etmək.

- Türkiyənin diplomatik sahədəki “təxribatlar”ına qarşı çıxmaq.

- Yunanıstanın bütün qonşu ölkələri ilə dəniz sərhədlərinin müəyyən edilməsinə dair anlaşma əldə etmək.

- Beynəlxalq aləmdə Yunanıstanın milli maraqlarına dair tezislərin müdafiə edilməsi.

- Yunanıstanın Avropa İttifaqında mövqeyinin gücləndirilməsi.

- Şərqi Aralıq dənizində Yunanıstanın müttəfiqliklərinin gücləndirilməsi.

“Kazus Belli” qərarı 1995-ci ildə qəbul olunub. Bu, Yunanıstan Egey dənizindəki ərazi sularını genişləndirəcəyi təqdirdə Türkiyə Böyük Millət Məclisinin hərbi də daxil olmaqla bütün səlahiyyətləri hökumətə vermə qərarıdır. Türkiyə bu qərarla Yunanıstanın ərazi sularını genişləndirmək üçün atdığı addımı “müharibə səbəbi” kimi qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər