13 Yanvar 2022 11:20
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ermənistanın “Flyone Armenia” şirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşlar həyata keçirməyə icazə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan şirkəti məlumat yayıb.

“Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə uçuşlar həyata keçirməyə icazə verib. İlk reys fevralın 2-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək”, - açıqlamada bildirilib.

Ötən ilin dekabrın sonunda şirkətə və Ermənistanın Mülki Aviasiya Komitəsinə uçuş lisenziyası verilib. “Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirən ilk Ermənistan aviaşirkəti olacaq. Türkiyənin “Pegasus” aviaşirkəti də İstanbul-İrəvan reyslərini açmaq niyyətindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər