14 Yanvar 2022 10:11
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Ukrayna sərhədlərinə yaxın ərazilərə hərbçi toplayan Ruisyanın hərbi əməliyyatlara başlaması durumunda atılacaq addımlar barədə müzakirə aparılarkən Konqresə çox ilginc qanun layihəsi daxil olub.

Teleqraf.com xəbər verir ki, söhbət respublikaçı senator Kruzun Rusiya qazının Avropaya nəqlini nəzərdə tutan “Şimal axını-2” boru kəməri layihəsi ilə bağlı təqdim etdiyi sanksiya qanununa cavab olaraq demokratların yeni sanksiya qanunu təqdim etməsindən gedir.

Senator Kruzun qanun layihəsi Senatda rədd edilib. Qəbul edilməsi üçün 60 səs lazım olan qanun layihəsi Senatda cəmi 55 nəfərin dəstəyini qazanıb. Hətta qanun layihəsinə sponsorluq edən Kaliforniya senatoru demokrat Jeanne Şaheen qanun layihəsinə “yox” səsi verib.

Şaheen verdiyi açıqlamada Vaşinqtonda Rusiyaya qarşı vahid hərəkət etmək və demokratların təqdim etdiyi qanun layihəsini dəstəkləmək üçün Kruzla birlikdə hazırladıqları qanun layihəsinin əleyhinə səs verdiyini bildirib. Kruzun qanun layihəsinin uğursuz olmasının səbəbi Nyu-Cersi ştatından senator Bob Menendez və ABŞ prezidenti Co Baydenin qanun layihəsinə qarşı çıxması olub.

Həm Menendez, həm də Bayden iddia edirlər ki, “Şimal axını-2” boru kəməri əvəzinə Rusiya hökumət rəsmiləri və maliyyə qurumları hədəf alınmalıdır. Menendez yanvarın 12-də Kruzun qanun layihəsinə qarşı çıxmaq üçün yeni sanksiya qanun layihəsini təqdim etdi. Qanun layihəsi Moskvanın Ukraynaya hücuma cəhd edəcəyi təqdirdə, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, Rusiyanın yüksək səviyyəli mülki və hərbi rəsmilərinə və əsas maliyyə qurumlarına qarşı genişmiqyaslı sanksiyalar nəzərdə tutur. Ağ Evin dəstəklədiyi qanun layihəsində Ukraynanın təhlükəsizliyini dəstəkləyən maddələr də yer alıb.


Müəllif: Nemət