Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 162 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 403 min 836 nəfərin test edildiyi, 64 min 935 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 72 min 106 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.