20 Noyabr 2014 00:40
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin baş prokurorluğu, sabiq prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” təşkilatının 35 nəfər üzvünə ölüm hökmü çıxarılmasını tələb edib.

İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd noyabrın 19-da ittihamçı qismində çıxış edən prokuror İmad əş-Şəravi tərəfindən məhkəmə kollegiyasına göndərilib.

Xatırladaq ki, Mursi və tərəfdarları barədə məhkəmə prosesi 2013-cü ilin fevralında başlayıb. M.Mursi və “Müsəlman qardaşları”nın digər liderləri Misirdə terror aktlarının törədilməsi məqsədilə xarici təşkilatlarla əməkdaşlıq etməkdə və terroru maliyyələşdirməkdə ittiham edilirlər.

Bundan əlavə, onlar ölkənin hərbi sirlərini başqa dövlətlərə ötürməkdə, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəldilmiş fəaliyyət göstərməkdə təqsirləndirilirlər.


Müəllif:

Oxşar xəbərlər