20 Noyabr 2014 07:34
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Co Bayden noyabrın 20-21-də Kiyevə səfər edəcək.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Co Bayden baş nazir Arseni Yatsenyuk və prezident Pyotr Poroşenko ilə görüşəcək.

Görüşdən sonra P.Poroşenko və C.Bayden mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

Həmçinin, ABŞ vitse-prezidentinin korrupsiya ilə mübarizəyə həsr olunmuş “dəyirmi masa”nın iclasında iştirakı gözlənilir.

Ukrayna səfərindən dərhal sonra ABŞ rəsmisi İstanbula yollanacaq.


Müəllif:

Oxşar xəbərlər