27 Yanvar 2022 16:15
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Holokost qurbanlarının beynəlxalq anım gününü qeyd etmək üçün dövlət rəsmiləri, diplomatlar, tədqiqatçılar, həmçinin vətəndaş cəmiyyəti və media nümayəndələri antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə yollarını müzakirə etmək üçün ADA Universitetində bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, tədbiri BMT-nin Azərbaycandakı nümayəndəliyi, İsrail dövlətinin səfirliyi, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universiteti və Niderland Krallığının səfirliyi təşkil edib.

Açılış nitqlərindən sonra iştirakçılar Holokost faciəsindən qurtulmuş Lev Zaxaroviç Şvartsın hekayəsini dinlənəcək. Əslən Ukraynadan olan, hazırda isə Bakıda yaşayan Şvarz Nasist Almaniyasının tamamilə yox etdiyi 3,000 nəfərdən ibarət yəhudi icmasının hekayəsini danışacaq. Ailəsi Holokost dəhşəti ilə üzləşsə də özü möcüzə nəticəsində ölümdən xilas ola bilib.

Panel müzakirəsində hökumətə bağlı tədqiqat mərkəzi, Milli Məclis və vətəndaş cəmiyyəti təmsilçiləri antisemitizm, ksenofobiya və irqçilik meyllərinin törətdiyi təhlükələrə nəzər yetirəcək, habelə Beynəlxalq Holokostu Anma İttifaqının antisemitizmə dair bəyanatının qəbul olunması da daxil olmaqla bu kimi zərərli cərəyanlara qarşı görüləcək mümkün mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparacaqlar.

Tədbir “Anım Mühafizəçiləri” təşəbbüsü və Şvartsın hekayəsini gələcək nəsillərə ötürəcək insanların təqdim olunması ilə yekunlaşacaq.

Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə BMT-nin Azərbaycandakı Nümayəndəliyi, BMT-nin Holokosta dair Təşviqat Proqramı, İsrail dövləti və Niderland Krallığının Azərbaycandakı səfirlikləri yanvarın 24-dən 30-dək sosial media kampaniyası həyata keçirir. Kampaniyada Azərbaycandan olan yeddi məşhur şəxs Anna Frankın gündəliyindən bir dəqiqəlik hissəni səsləndirib.


Müəllif: Nemət