20 Noyabr 2014 13:55
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK-ə üzv ölkələrin Vyanada keçirilməsi planlaşdırılan görüşündə Rusiya təmsil olunmayacaq.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak açıqlama verib.

Noyabrın 27-də baş tutacaq görüşdə son bir neçə ayda neftin ucuzlaşmasının qarşısının alınması məsələsi müzakirə ediləcək. Mütəxəssislər hazırda neftin qiymətinin minimum həddən aşağı olduğunu bildirirlər.

Qeyd edək ki, Rusiya 1998-ci ildən OPEK-də müşahidəçi üzv kimi iştirak edir.

Samir


Müəllif:

Oxşar xəbərlər