30 Yanvar 2022 22:12
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə dövlət katibi Klement Bon bildirib.

O, RTL radiosunun efirində deyib: "Oyunlarda idman naziri Roksana Marasineanu da iştirak edəcək. O, yəqin ki, açılış mərasimində olmayacaq, amma olimpiada zamanı idmançılarımızı dəstəkləməyə gələcək".

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron fevralın 4-də Pekində başlayacaq Olimpiadanın diplomatik şəkildə boykot edilməsi ideyasını mənasız hesab etdiyini söyləyib.

ABŞ və bir sıra başqa ölkələr Çində insan hüquqlarının vəziyyətinə etiraz etmək üçün boykot qərarına gəliblər.

Diplomatik boykot ölkənin Oyunlara hökumət nümayəndə heyətini göndərməməsi deməkdir. Eyni zamanda, idmançılar yarışlarda iştirak edirlər.

2022-ci il Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər