1 Fevral 2022 09:05
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən kök və genetik olaraq bir-birilə yaxın rus və ukrayna xalqının savaşını arzu etmirəm. Onlar eyni kökdən gələn xalqlardır. Bunu da həm Ukrayna, həm də Rusiyanın rəhbərləri, öndə gələn ziyalıları dəfələrlə qeyd ediblər. Rus ordusundakı zabitlərin böyük hissəsi Ukrayna kökənlidir. Bir xalqın iki qanadını üz-üzə qoymaq dünyanın alçaq yanaşmasıdır. Bunlar doğru deyil”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı bildirib.

O əlavə edib ki, hər iki tərəfin özünə görə məntiqi var:

“Məsələn, Putin NATO-nun Rusiya sərhədlərinə doğru yaxınlaşmasını istəmir, bunun necə nəticələnəcəyini bilir. Eyni zamanda Ukraynanın da mövqeyi bəllidir. Ukrayna müstəqil olmaq, Rusiyadan asılı olmamaq, Qərbin bir parçası olmaq, Avropa standartlarına uyğun sistem qurmaq istəyir. Hər cəhətdən Rusiyanın indiki rejimindən uzaqlaşaraq, Avropaya yaxınlaşmağa çalışır. Ukraynalılar Rusiyaya nə qədər yaxın olsa da, qardaş xalqlar olsalar belə Rusiyanın dövlət sistemi fərqlidir. Putinin tutduğu yol məlumdur. Bəlkə də bu, Rusiyanın mənfəətinə uyğundur, amma dünyada qəbuledilməyən roldur. Rusiyanın öz siyasətçilərindən biri yazırdı ki, hakimiyyəti əldən vermək olmaz, 2024-cü il seçkilərinə hazırlaşmaq lazımdır. Ola bilsin ki, Rusiyanın geosiyasi durumu, tarixi şəraiti buna uyğundur. Amma dünya bunu qəbul etmir”.


Müəllif: Nemət

Oxşar xəbərlər