2 Fevral 2022 17:33
2 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusna görə aylardır ictimaiyyət qarşısında gözə dəyməyən Şimali Koreya prezidenti Kim Çen Inın həyat yoldaşı Ri Sol Cu uzun fasilədən sonra ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Ri Sol Cu paytaxt Pxenyandakı “Mansudae” İncəsənət Mərkəzində keçirilən tədbirdə Kim Çen Inla birlikdə görüntülənib.

O, sonuncu dəfə ötən il sentyabrın 9-da bir tədbirdə ictimaiyyət qarşısına çıxıb. O vaxtdan yoxa çıxan və xəstə olduğu iddia edilən Ri Sol Cu ənənəvi qırmızı geyimi ilə diqqət çəkib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ kəşfiyyatları Kim Çen In və Ri Sol Cunun üç övladı olduğunu təxmin edir.


Müəllif: Yeganə Oqtayqızı