ABŞ kəşfiyyatı-Federal Təhqiqatlar Bürosu (FTB) Çində keçiriləcək mübahisəli Qış Olimpiya Oyunları öncəsi xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, FTB Pekində keçiriləcək Olimpiadaya qatılacaq ABŞ idmançılarını kiberhücum riski səbəbindən mobil telefonlarını evdə qoymağa çağırıb.
Açıqlamada, qeyri-müəyyən kiber aktyorların olimpiya oyunlarını pozmaq üçün müxtəlif kiber fəaliyyətlərdən, o cümlədən mobil cihazları təhlükə altına ala biləcək fəaliyyətlərdən istifadə edə biləcəyi vurğulanıb.
İngiltərə, Avstraliya, Hollandiya və Kanadadakı olimpiya komitələri də idmançıları potensial “Çin nəzarətinə” qarşı xəbərdar edib.
Kibertəhlükəsizlik mütəxəssislərinin xəbərdarlıqlarına görə, Olimpiada zamanı Çinin qəbul etmədiyi mövzulardan istifadəyə icazə verilməyəcək.