5 Fevral 2022 15:10
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Avropadakı NATO müttəfiqlərini dəstəkləmək və Rusiyanın Ukraynaya təcavüzü təhlükəsi qarşısında Moskvanı çəkindirmək üçün göndərəcəyi qoşunlar bu saatlarda Polşaya çatacaq.

Teleqraf.com xəbər verir ki, adının açıqlanması şərti ilə mətbuata danışan Pentaqondakı qaynaq NATO-nun şərq cinahını gücləndirmək üçün bu gün Polşaya ilk ABŞ hərbi qüvvələrinin gəlməsinin gözlənildiyini və gəliş vaxtının təhlükəsizlik və logistikadan asılı olaraq dəyişə biləcəyini bildirib.

Xatırladaq ki, Pentaqon sözçüsü Con Kirbi ABŞ-ın Polşa və Almaniyaya 2000 əsgər göndərəcəyini, Almaniyada yerləşən 1000 əsgərin isə Rumıniyaya köçürüləcəyini açıqlayıb.

Həm NATO, həm də ikitərəfli razılaşmalar nəticəsində ABŞ-ın Polşada təxminən 4500 əsgəri var.

Bundan əlavə, ABŞ 8500 hərbçini hazır vəziyyətdə saxlayır və onların ehtiyac yaranacağı təqdirdə NATO-nun Çevik Qüvvələr Komandanlığının tabeliyinə verəcəyini elan edib.


Müəllif: Nemət

Oxşar xəbərlər