Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın ortalarında xalqa müraciət edəcək. Bu müraciət zamanı ölkədə aparılacaq siyasi islahatların əsas istiqamətləri açıqlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Berik Uali məlumat verib.
“Dövlət başçısı martın ortalarında xalqa müraciət etməyi planlaşdırır”, - Berik Uali “İnstaqram”da yazıb.
O, aydınlaşdırıb ki, bu müraciət zamanı Qazaxıstan cəmiyyətinin siyasi transformasiyasına yönəlmiş islahatların əsas istiqamətləri və prioritet tədbirlər göstəriləcək.